ABŞ Ukraynaya “F-16” qırıcıları verməyi PLANLAŞDIRMIR

ABŞ Ukraynaya “F-16” qırıcıları verməyi PLANLAŞDIRMIR

ABŞ yaxın vaxtlarda Ukraynaya “F-16” qırıcıları verməyi planlaşdırmır.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ hərbi hava qüvvələri naziri Frenk Kendall “Helsingin Sanomat” qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ukraynanın təcili ehtiyacları Danimarka və Niderland kimi NATO ölkələrinin yardımı hesabına ödəniləcək.

 

“Birləşmiş Ştatlar tərəfdaşlarımızla birlikdə pilotların hazırlanmasına kömək edir və gələn il təlimlərdə mühüm irəliləyiş əldə olunacaq”, - F.Kendall bildirib.


OXŞAR XƏBƏRLƏR