FES uçot dərəcəsini bu tarixdə azaldacaq
İqtisadiyyat
08:40 / 24.08.2024
5512
ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini azaltmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə FES-in sədri Cerom Pauel Vayomin ştatındakı Cekson Houl şəhərində keçirilən Mərkəzi Bank rəhbərlərinin illik iqtisadi simpoziumunda çıxışı zamanı deyib.
O, sentyabr ayında yüksək faiz dərəcələrinin azaldılacağını açıqlayıb.
“Siyasətin korreksiyasının vaxtı çatıb və istiqamət aydındır. Dərəcələrin azaldılmasının vaxtı və sürəti daxil olan məlumatlardan, inkişaf edən proqnozlardan və risklərin balansından asılı olacaq”, - FES sədri qeyd edib.
O, əsas faiz dərəcəsinin nə qədər aşağı salınacağını bildirməyib.