Britaniya kralının illik maaşı məlum oldu
Böyük Britaniya kralı III Çarlzın və onun ailə üzvlərinin illik maaşı məlum olub.
Sfera.az xəbər verir ki, III Çarlzın əsas gəlir mənbəyi hər il ödənilən Suveren qrantdır.
"Bu, təxminən 113 milyon dollardır. Analoji məbləğ daşınmaz əmlakın saxlanmasına, işçilərin maaşlarına və sarayın planlaşdırdığı digər xərclərə sərf olunur. Monarx şəxsi xərclər üçün Lankaster hersoqluğundan pul alır - hər il təxminən 25 milyon dollar. Hökmdarın sərvəti hazırda 750 milyon dollar qiymətləndirilir.
III Çarlzın bacısı Annanın gəliri bir neçə dəfə azdır: 1971-ci ildən o, cəmi 21 milyon dollar qazanıb. Bundan əlavə, əvvəllər kral ailəsinin üzvü Şahzadə Endryu ildə təxminən 330 min dollar alırdı. Buna baxmayaraq, kral vəzifələrindən azad edildikdən sonra Çarlzın kiçik qardaşı daha təvazökar yaşamağa məcbur olub. Bu siyahıya daha əvvəl Meqan Markl və Şahzadə Harri də daxil idi. Ancaq 2020-ci ildən etibarən cütlük kral ailəsindən pul almağı dayandırdı", - məlumatda bildirilib. (Axar.az)