Kredit kartları ilə ödənişlər ARTIR - RƏQƏMLƏR
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi sürətlə artır.
Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, son bir ildə kredit kartları ilə əməliyyatların həcmi debet kartları ilə müqayisədə sürətlə böyüyüb.
Ötən ilin iyul ayında kredit kartları ilə 576 milyon manatlıq ödəniş həyata keçirilmişdisə, bu ilin eyni ayında 774 milyon manatlıq əməliyyat həyata keçirilib. Müqayisədən görünür ki, kredit kartları ilə əməliyyatların həcmi bu ilin iyulunda 198 milyon manat və ya 34,3 faiz artıb.
Kredit kartları ilə ödənişlərin və digər əməliyyatların artmasının əsas səbəbi elektron ticarətin inkişafı ilə bağlıdır. 2024-cü ilin iyulunda elektron ticarət zamanı 426 milyon manatlıq əməliyyat aparılıb. Bu məbləğ ötən ilin iyulu ilə müqayisədə 189 milyon manat artıb.
Qeyd edək ki, son bir ildə banklar da kredit kartları ilə əməliyyatların təşviqini gücləndirib. Xüsusən iri banklar kredit kartlarından istifadəni daha əlverişli etmək üçün güzəştləri artırıblar.
Vasif