Çin öz vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

Çin öz vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

Çin öz vətəndaşlarına Livanı mümkün qədər tez tərk etmələrini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “The China Global South Project” məlumat yayıb.



Çinin Beyrutdakı səfirliyi Livandakı, xüsusən də ölkənin cənubundakı “mürəkkəb təhlükəsizlik vəziyyətini” əsas gətirərək, öz vətəndaşlarını “kommersiya uçuşları hələ də mövcud olduğu halda” mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.



Qeyd edək ki, müxtəlif ölkələr Livandakı vətəndaşlarını son həftələrdə İsraillə sərhəddə gərginliyin artması ilə əlaqədar təxliyə etməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR