Tacikistanda qaradərili adamı “cin”lə səhv salıblar - VİDEO


Tacikistanda qaradərili adamı “cin”lə səhv salıblar - VİDEO

Tacikistanın kiçik Vəxdat şəhərində yerli sakinlər ilk dəfə qaradərili kişi görüblər. Onu cin kimi qəbul edən insanlar adama heyran olublar. Bu arada “cin” yerli sakinlərin evlərini qarət edib, hətta qadınları döyüb.
 

Sfera.az bildirir ki, yerli sakinlər dörd gün dalbadal “naməlum məxluq”un onların evlərinə soxularaq yemək apardığını deyiblər. Bu vəziyyət insanları çaş-baş salıb və onlar evlərində növbə çəkiblər. Sosial şəbəkələrdə Vəhdət sakinlərinin evinə “cin”in girərək onları qorxutması əks olunan videolar yayılıb.
 

Daha sonra “cin” saxlanılıb. Onun Dani adlı Uqanda əsilli olduğu üzə çıxıb. Dindirilmə zamanı müəyyən edilib ki, Dani aclıq səbəbindən gecələr çörək tapmaq üçün insanların evlərinə girməyə məcbur olub.


Bu arada, səlahiyyətlilər sakinlərin "cin" hesab etdikləri "məxluq" peyda olması xəbərini əsassız hesab ediblər. Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrətullo Məhmədzoda bu xəbərin heç bir real əsası olmadığı və dezinformasiya yayıldığını bildirib: O, sosial şəbəkələrdə xəbər verildiyi kimi afrikalının saxlanmasını nə təsdiq, nə də təkzib edib.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR