Ceyms Devid Vens: "O qalib gəlsə, ABŞ nüvə müharibəsinə gedəcək"

Ceyms Devid Vens: "O qalib gəlsə, ABŞ nüvə müharibəsinə gedəcək"

ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens bildirib ki, onun rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qalib gəlsə, ABŞ-ni nüvə müharibəsinə aparacaq.
 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada tərəfdarları qarşısında çıxış edən Vens Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı “nüvə müharibəsinin qarşısını alan adam” adlandırıb.

O, əlavə edib ki, amerikalılar ehtiyatlı olmasalar, Harris “birbaşa nüvə müharibəsinə” apara bilər.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasının Kamala Harris tərəfindən təmsil olunacağı gözlənilir, Respublikaçılar artıq keçmiş prezident Donald Trampı öz namizədləri kimi irəli sürüblər və Vens Trampın dövründə vitse-prezident postuna elan edilib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR