Bu ölkə məcburi hərbi xidmət tətbiq edir - Yanvarın 1-dən...


Bu ölkə məcburi hərbi xidmət tətbiq edir - Yanvarın 1-dən...

2025-ci il yanvarın 1-dən Xorvatiyada məcburi hərbi xidmət tətbiq ediləcək.


Sfera.az xəbər verir ki, belə bir qərar qlobal təhlükəsizlik problemlərini və hazırda dünyada mövcud olan çağırışları nəzərə alaraq qəbul edilib. Məcburi hərbi xidmət iki ay davam edəcək. Hərbi çağırış gələn il yanvarın 1-dən başlayacaq. Xorvatiya hakimiyyəti ordunun ehtiyacları üçün vəsaitə qənaət olunmayacağını açıqlayıb.


Qeyd edək ki, Xorvatiyanın silahlı qüvvələri 1991-ci ildə yaradılıb. Ordu xüsusilə 92-99-cu illərdə fəal olub. O zaman Xorvatiya ordusunun sayı 190-220 minə çatırdı. 2008-ci ildən Xorvatiyada məcburi hərbi xidmət ləğv edilib. Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür. Hazırda Xorvatiya ordusunun sayı təxminən 15-16 min nəfərdir.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR