Britaniyalı milyonçu və qızının cəsədləri yaxtada tapıldı - FOTO

Britaniyalı milyonçu və qızının cəsədləri yaxtada tapıldı - FOTO

Palermo sahillərində qəzaya uğrayan “Bayesian” yaxtasının yerində axtarışların üçüncü günündə 59 yaşlı britaniyalı milyonçu Mayk Linç və onun 18 yaşlı qızı Hannanın cəsədləri çıxarılıb.
 

Sfera.az bildirir ki, dalğıclar ata və qızın meyitlərindən əlavə daha iki meyit aşkar ediblər. Qəza zamanı ümumilikdə 6 nəfərin itkin düşdüyü bildirilirdi.
Cəsədlər gəminin kabinələrindən birində iki döşək arasında tapılıb.




Xatırladaq ki, Mayk Linçin həyat yoldaşı Angela Bacares sağ qalıb və xilas edilmişdi. O, yaralansa da, həyatı üçün təhlükə yoxdur.
 

Mayk və Hanna Linçin cəsədləri morqa göndərilib.


 

Bunlar gəmi qəzasının ikinci və üçüncü qurbanlarıdır. İlk kəşf edilən cəsəd yaxtanın aşpazı Kanadalı Rekaldo Tomas olub, onun cəsədi ilk gün tapılıb.
 

Hətta axtarış əməliyyatı zamanı, yaxtada itkin düşən 6 sərnişinin sağ qala biləcəyinə ümidlər var idi. İlk saatlarda dalğıclar cəsədləri kabinənin pəncərələrindən gördüklərini desələr də, mebellər qarşılarını kəsdiyi üçün onlara çata bilməyiblər.

İndiyədək “Morgan Stanley”in baş direktoru Conatan Blumer, həyat yoldaşı Cudi və ABŞ vətəndaşları Kris Morvillo və onun həyat yoldaşı Neda Morvillo itkin düşmüş hesab edilirdi.
 

Faciə baş verən zaman yaxtada 22 nəfər - 10 ekipaj üzvü və 12 sərnişin olub. Sərnişinlərdən 15 nəfəri xilas edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR