Ermənistanda yoxa çıxan rusiyalının meyiti tapıldı - Ölüm səbəbi...
Ermənistanda velosiped yürüşü zamanı yoxa çıxan rusiyalının meyiti tapılıb.
Sfera.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti avqustun 20-də respublikanın Kotayk rayonunda yoxa çıxan rusiyalının cəsədinin tapıldığını, onun ölüm şəraitinin İstintaq Komitəsi tərəfindən müəyyən ediləcəyini bildirib.
Qeyd edək ki, ötən gün regional böhran idarəetmə mərkəzinin idarəetmə panelinə bir nəfərin Hankavan kəndindən Hrazdan şəhərinə velosiped sürməsi, bundan sonra onunla əlaqə saxlamağın mümkün olmaması barədə xəbər daxil olub.
"Avqustun 21-də Hrazdan-Hankavan avtomobil yolunun su anbarının yaxınlığından keçən hissəsində xilasedicilər Rusiya vətəndaşı 2002-ci il təvəllüdlü M.L.-nin meyitini aşkar edərək, axtarış işlərinə 34 xilasedici və 2 pilotsuz uçuş aparatının cəlb edildiyini qeyd ediblər.
Daxili İşlər Nazirliyi hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün İstintaq Komitəsinə materiallar göndərib",- nazirlik qeyd edib.
İnci
Sfera.az