Malavidə təyyarə qəzası -İki nəfər öldü
Dünya
18:55 / 21.08.2024
6164
Malavidə avqustun 22-də baş verən təyyarə qəzasında iki nəfərin öldüyü təsdiqlənib.
Sfera.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, itkin düşənlər siyahısında olan iki sərnişinin ölümü bu gün təsdiqlənib.
Göyərtəsində pilot və iki sərnişinin olduğu təyyarə paytaxt Lilonqvedən təxminən 200 km şimal-şərqdə Nxotakota bölgəsində qəzaya uğrayıb”, - bölgə sözçüsü Vonqani Mkandavire bildirib.
Qəza nəticəsində pilot, 50 yaşlı Zimbabve vətəndaşı və Niderlanddan olan 29 yaşlı sərnişin həlak olub. Digər sərnişin, 22 yaşlı Niderland vətəndaşı Şarlotta Lemstra yerli balıqçılar tərəfindən xilas edilib və hazırda vəziyyəti stabildir.
Təyyarə “Nyasa Express” şirkətinə məxsus olub.