Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya KEÇİRİLDİ

Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya KEÇİRİLDİ

Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamaları olub.

 

Aksiya iştirakçıları səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.

 

Avqustun 19-da A.Lukaşenko Rusiya mətbuatına verdiyi müsahibədə Ermənistan hökumətini tənqid edib.


“Siz Ermənistanın siyasətini də görürsünüz. Bu necə siyasətdir?! Ermənilər bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatlarıını inkişaf etdirib öz resurslarına köklənsinlər. Hansı Fransa və ya hansı Makron? Sabah Makron da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq. Eynilə Amerika Birləşmiş Ştatları ilə olduğu kimi”, - Lukaşenko qeyd edib.


OXŞAR XƏBƏRLƏR