Əsgər düşmən dövlətin ərazisinə qaçdı - Riskli və nadir VƏZİYYƏT

Əsgər düşmən dövlətin ərazisinə qaçdı - Riskli və nadir VƏZİYYƏT

Bu gün səhər saatlarında Şimali Koreyadan bir əsgər Koreya yarımadasının şərq hissəsindən Cənubi Koreyaya qaçaraq sığınacaq tapıb.

Sfera.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.


Agentlik əsgərin sərhədi keçərək Şimali Koreya ilə həmsərhəd şərq sahilində yerləşən Cosonq prefekturasına daxil olduğunu bildirib. Əsgərin ciddi şəkildə qorunan quru sərhədini keçib-keçmədiyi bəlli deyil. Xəbəri Müdafiə Nazirliyi hələ ki, təsdiq etməyib.


Şimali Koreyadan sığınacaq istəmək və sərhədi keçmək riskli və nisbətən nadir olduğu üçün qaçanların əksəriyyəti Çin və ya digər ölkələr vasitəsilə cənuba keçir.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR