Ermənistanın müdafiə naziri cərimə olundu
Dünya
22:00 / 20.08.2024
4056
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı "Mülki müqavilə" partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib.
Sfera.az xəbər verir ki, bu barədə "Pastinfo" məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Papikyan qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib.
Papikyan 100 min dram (təxminən 260 dollar – red.) cərimə olunub.