SEPAH: "İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər"
Dünya
17:55 / 20.08.2024
4158
İranın İsrailə qarşı cavab tədbiri üçün gözləmə müddəti uzun ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Nayini deyib.
“Zaman bizim tərəfimizdədir və cavab üçün müddət uzun ola bilər. İranın hədəflərinə edilən heç bir hücum cavabsız qalmayıb və düşmən öz vaxtında hesablanmış və dəqiq zərbələr gözləməlidir”, - o qeyd edib.