Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti QADAĞAN EDİLDİ
Dünya
14:07 / 20.08.2024
6803
Ukrayna Ali Radası Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu II oxunuşda qəbul edib.
Sfera.az-ın xəbərinə görə, bu barədə “ukrinform.ua” məlumat yayıb. Bildirilib ki, sənədlə ölkə ərazisində Ukraynaya qarşı müharibəni dəstəkləyən istənilən ölkənin dini qurumunun fəaliyyəti qadağan olunub.
Eyni zamanda hazırda mövcud olan dini qurumlarda təftiş aparılması da qanunun müddəaları sırasına daxil edilib.