Kamçatkada güclü zəlzələ və vulkan püskürməsi: 20-dən çox evə ziyan dəyib

Kamçatkada güclü zəlzələ və vulkan püskürməsi: 20-dən çox evə ziyan dəyib

Kamçatka sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 108 kilometr cənub-şərqdə, mənbə isə dənizin dibinin 6 kilometr dərinliyində yerləşib.


Sfera.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. 7,2 bal gücündə zəlzələ Kamçatka yarımadasında vulkan püskürməsinə səbəb olub. Nəticədə kül sütunu 8 km hündürlüyə qalxıb, daha sonra Şeveluch 4,5 km hündürlüyə kül atıb.


Yeraltı təkanlar şənbə günü, avqustun 17-də yerli vaxtla səhər saat 7-də qeydə alınıb və Petropavlovsk-Kamçatski, Vilyuçinski və Milkovski rayonlarında, həmçinin Yelizovski və Ust-Kamçatski rayonlarında hiss olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntı və tələfat olmayıb.
 

Bununla belə, Rusiya “Teleqram” kanallarının məlumatına görə, zəlzələ nəticəsində yoluxucu xəstəliklər xəstəxanası və doğum evi də daxil olmaqla 22 binaya cüzi ziyan dəyib.
 

Zəlzələdən sonra maqnitudası 3,9-5 arasında dəyişən afterşoklar qeydə alınıb. Məlumatlarda afterşokların daha bir neçə gün davam edə biləcəyi, lakin güclü təkanların gözlənilmədiyi bildirilit. Sunami təhlükəsi yoxdur.
 

Kamçatkada baş verən zəlzələdən az sonra Şiveluç vulkanı püskürməyə başlayıb. O, artıq iki dəfə kül sütunu atıb. Birinci dəfə 8 km hündürlükdə, ikinci dəfə kül 4,5 km yüksəklikdə olub.
 

Vulkana "narıncı" aviasiya təhlükəsi kodu verilib. Qeyd edək ki, dəniz səviyyəsindən 10 kilometrə qədər yüksəklikdə kül emissiyası mümkündür.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR