Məhkumlar qadın paltarı geyinərək həbsxanadan qaçmağa çalışıblar
Fortaleza (Braziliya) islah müəssisəsində həbsdə olan iki təhlükəli cinayətkar qadın paltarı geyinərək qaçmağa çalışıb. Hadisə qohumların bir saatlıq ziyarət zamanı baş verib.
Sfera.az bildirir ki, dəstə üzvləri qara pariklər, çəhrayı ətəklər və ağ köynəklər geyinib, hətta saxta döşlərdən də istifadə ediblər. Cinayətkar dəstə üzvləri Fransisko Atila da Silva və Karlos Antonio da Silva qaçmağa cəhd edərkən yaxalanıblar. Hər iki şəxsin Ceara əyalətində narkotik alveri, soyğunçuluq və qətl də daxil olmaqla uzun cinayət tarixçələri var.
Mühafizəçiləri aldatmaq üçün kişilər qara pariklər, çəhrayı ətəklər və ağ köynəklər geyinib, hətta saxta döşlərdən istifadə ediblər. Məhkumlar ailəvi görüş saatlarının sonunda diqqətdən yayınaraq qadınlara qarışmağa çalışsalar da, görünür, onların görünüşü kifayət qədər inandırıcı olmayıb. Sonda həmin şəxslər cəzaçəkmə müəssisəsinin ərazisində saxlanılıblar.
Hazırda Braziliya polisi cinayətkarların qadın kostyumlarını necə əldə etdiklərini və başqalarının onlara bu işdə kömək edib-etmədiyini araşdırır. Yeri gəlmişkən, həbsdə olan şəxsin qaçmasına şərait yaratmaq da cinayət sayılır və 6 aydan 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Fransisko və Karlos uğursuz həbsxanadan qaçmaq cəhdlərinə görə intizam cəzası ilə üzləşəcək və onların hazırkı cəzaları əhəmiyyətli dərəcədə uzadıla bilər.
Aynil
Sfera.az