Metyu Perrinin ölümü ilə bağlı artıq həbs edilənlər var - FOTOLAR


Metyu Perrinin ölümü ilə bağlı artıq həbs edilənlər var - FOTOLAR

Məşhur Hollivud aktyoru Metyu Perrinin ölümündən təxminən 10 ay sonra aparılan araşdırmalarda ciddi irəliləyiş var. Artıq ölüm hadisəsi ilə bağlı həbs edilənlər var.


Sfera.az bildirir ki, istintaq aktyorun köməkçiləri və bir neçə həkimin onun ketamin asılılığından qazanc əldə etdiklərini müəyyən edib.


İttiham aktından sonra saxlanılan 5 nəfər arasında həkimlər də var. Ötən il oktyabrın 28-də Los-Ancelesdə öz evində vanna otağında huşunu itirməsinə və boğulmasına səbəb olan ketamini Perriyə kimin verdiyini müəyyən etmək üçün kompüter, telefon və digər elektron avadanlıqlar axtarılaraq ələ keçirilib.
 

Vəkil Martin Estradanın "Ketamin kraliçası" adlandırdığı Jasvin Sanqa və lisenziyalı həkim olan Dr.Salvador Plasensiyaya qarşı bir neçə ittiham irəli sürülüb. Ədliyyə Departamenti həmçinin Kennet İvamasanın (Perrinin şəxsi köməkçisi), Erik Fleminqin və əvvəllər ketamin klinikasını idarə edən doktor Mark Çavezin ayrı-ayrılıqda ittiham olunduğunu açıqlayıb.


Estrada mətbuat konfransında deyib: “Bu müttəhimlər varlanmaq üçün cənab Perrinin narkoloji problemlərindən istifadə ediblər".


Doktor Salvador Plasensiya güclü trankvilizatoru təyin və idarə etmək üçün lisenziyaya sahib olub. Lakin aktyorun ölümündən bir neçə həftə əvvəl dozalara olan böyük tələbatın ödəmək üçün o, hətta başqa bir həkimin köməyindən istifadə edib.
Həm də o, ölümündən 16 gün əvvəl həddindən artıq doza zamanı qıcolma keçirəndə aktyorun həyatının ipdən asılı olduğunu bilə-bilə bu yola əl atıb.


Perrinin şəxsi köməkçisi Kennet İvamasaya: "Gəlin bunu bir daha etməyək" deyə xəbərdarlıq edib. Qeyd edək ki, aktyoru Los-Ancelesdəki evindəki cakuzidə huşsuz vəziyyətdə tapan şəxs də məhz sonuncu olub. Daha sonra aktyorun ölüm səbəbinin ketaminin kəskin təsiri olduğu müəyyən edilib.
 

İvamasa öz növbəsində etiraf edib ki, Plasensiyadan məşq keçərək ulduza öldürücü dozalar verən məhz o olub. Köməkçi məşhura gündə altı dəfəyə qədər iynə vurduğunu deyib.


Perrinin şəxsi köməkçisi Kennet İvamasa (sağda)




Açıqlamada Perrinin ölümündən iki ay əvvəl Plasensiyadan aldığı ketaminə 55.000 dollar verdiyi, İvamasanın Perriyə beş gündə 27 ketamin iynəsi vurduğu iddia edilir.


San Dieqo həkimi Mark Çavez də klinikasından ketamin ehtiyatlarını yayındırdığını, saxta reseptlər doldurduğunu və məşhurun ​​narkotik asılılığından qazanc əldə etdiyini etiraf edib. Məsələn, Plansesiya və Chavez 12 dollara başa gələn ketamin flakonuna görə Perridən 2000 dollar alıblar.
 

Həkimlər tələbi qarşılamaqda çətinlik çəkiblər, buna görə də İvamasa daha çox ketamin almaq üçün aktyorun dostu Erik Fleminqə müraciət edib. O, öz növbəsində Erik onu Hollivudun "ketamin kraliçası" olduğu iddia edilən Jaswin Sanghaya yönləndirib: İvamase Jaswin haqqında:
 

"O, yalnız elita və məşhurlarla işləyit. Bu, yaxşı bir şey olmasaydı, o, biznesini itirərdi”- deyib.


Sangha sifarişlərin çoxluğundan o qədər razı qalıb ki, "bonus" olaraq onlara bir neçə ketamin pastili hədiyyə verib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR