Nazarbayevin qardaşı oğlu şərti azadlığa BURAXILDI

Nazarbayevin qardaşı oğlu şərti azadlığa BURAXILDI

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı şərti azadlığa buraxılıb.

 

Sfera.az-ın “Sputnik-Kazakhstan”a istinadən məlumatına görə, bu barədə məhkəmə qərar verib.

 

Bildirilib ki, o dövlətə dəyən ziyanı ödəmək məqsədilə mülkiyyətindəki 1,4 milyard dollar dəyərində olan aktivləri və daşınmaz əmlakı dövlətə təhvil verib.

 

Dövlət əmlakının mənimsənilməsi və israfında günahlandırılaraq, 6 il müddətinə azadlıqdan məhrum edilən 54 yaşlı K. Satıbaldı cəzasının 3 il 3 ay 7 gününü azadlıqda tamamlayacaq.

 

Qərara əsasən, əgər daimi iş yeri olmazsa, o şərti azadlıqda olduğu hər il ərzində 100 saatlıq icbari əməyə cəlb ediləcək. (apa)


OXŞAR XƏBƏRLƏR