Zelenskinin Ofisi: "Bizim danışıqlarla bağlı Rusiyaya yalvarmaq planımız yoxdur"

Zelenskinin Ofisi: "Bizim danışıqlarla bağlı Rusiyaya yalvarmaq planımız yoxdur"

Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil, bu, özünümüdafiə müharibəsidir.

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

“Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil. Bu aydındır. Ukrayna beynəlxalq hüquq çərçivəsində eksklüziv müdafiə müharibəsi aparır... Amma əgər söhbət potensial danışıqlardan gedirsə - potensial olduğunu vurğulayıram – biz Rusiyanı öz şərtlərimizlə masanın əks tərəfinə oturtmalı olacağıq. Bizim qətiyyən yalvarmaq planımız yoxdur: “Zəhmət olmasa, oturun danışıqlar aparaq”. Əksinə, biz sübut edilmiş, təsirli məcburetmə vasitələrinə malikik.

 

Bu, iqtisadi və diplomatik vasitələrlə yanaşı, həm də hərbi alətdir. Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verdirməliyik. Kursk bölgəsində biz Rusiyanı ədalətli danışıqlar prosesinə razı salmaq üçün hərbi alətdən necə obyektiv istifadə edildiyini aydın görə bilərik”, - Podolyak qeyd edib.

 

Onun sözlərinə görə, müharibə Rusiya ərazisinə keçəndə bu ictimai rəyə təsir edir və onu daxildən dəyişməyə başlayır: “Bu bir faktdır ki, son vaxtlara qədər işğalçı ölkənin vətəndaşları Ukraynada baş verdiyi üçün hərbi əməliyyatlara ümumiyyətlə biganə yanaşırdılar.

 

Qərb müttəfiqlərimiz arasında müəyyən bir illüziya var ki, ruslar arasında müharibə ilə bağlı müzakirə gedir: Xeyr, belə müzakirələr yoxdur, orada siyasi məsələlər ümumiyyətlə müzakirə olunmur. Ruslar müharibədən danışmırdı və özlərini kifayət qədər rahat hiss edirdilər, çünki ölüm və dağıntı onlardan çox uzaqda gedirdi. Müharibə onların ərazisinə gələndə ruslar açıq-aydın qorxdular, onlar şokdadır”.


OXŞAR XƏBƏRLƏR