Tailandın yeni Baş naziri qadın SEÇİLDİ
Dünya
11:00 / 16.08.2024
2104
Paetongtarn Shinawatranı Tailandın yeni Baş naziri seçilib.
Sfera.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Tailandın millət vəkilləri Paetongtarn Shinawatranı krallığın yeni Baş naziri seçiblər.
Milyarder Thaksin Shinawatranın 37 yaşlı qızı Paetongtarn Shinawatran Tailandın Baş naziri olan ən gənc şəxsdir. O, bibisindən sonra bu vəzifəni tutan ikinci qadındır.
Qeyd edək ki, avqustun 14-də Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Srettha Thavisini kabinetinə həbsdə olan keçmiş vəkili təyin etdiyinə görə istefaya göndərmişdi.