Rekord temperaturlar sonlanır - 16,91 dərəcə...


Rekord temperaturlar sonlanır - 16,91 dərəcə...

Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin (C3S) alimləri 13 aylıq rekord yüksək temperatur dövrünün sona çatdığını və hər ayın əvvəlki istilik maksimumunu keçdiyini elan ediblər.
 

Sfera.az xəbər verir ki, müşahidələrin göstərdiyi kimi, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
 

Mütəxəssislər qeyd ediblər ki, ötən ilin iyul ayında dünya üzrə orta hava temperaturu 16,91°C olub ki, bu da bir il əvvəlki nəticədən 0,04°C azdır.
 

Tədqiqatçılar hesab edirlər ki, qlobal temperaturun uzun müddət davam etməsi bir sıra amillərin birləşməsindən qaynaqlanır. Bunda karbon və digər istixana qazlarının, o cümlədən metanın antropogen emissiyaları mühüm rol oynayıb.
 

Bununla belə, istiləşmə həm də Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və indi günəş aktivliyində 11 illik pik nöqtəsinə yaxınlaşan Günəş tərəfindən idarə olunur.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR