Bayden hələ də prezident seçkilərində qalib gələcəyinə inanır
ABŞ Prezidenti Co Bayden hələ də prezident seçkilərində Donald Trampı məğlub edə biləcəyinə inanır. Lakin o, partiyadaşlarının mövqeyinə görə prezidentlik yarışından geri çəkilib.
Sfera.az xəbər verir ki, Amerikanın "New York Times" qəzetinin yazdığı kimi, Bayden “bu döyüşün bütün həyatı boyu xidmət etdiyi Demokratik Partiyasını parçalayacağını başa düşdü”.
Nəşrin yazdığına görə, prezidentin ən yaxın müşavirləri Stiv Riçetti və Mayk Donilon ona izah ediblər ki, bir çox müttəfiqlər onun getməsini istəyiblər, çünki o, siyasi təcrid olunub.
Bayden əsas ştatlarda Trampı geridə qoyduğunu göstərən son sorğulardan xəbərdar idi. Gələcəkdə vəziyyət daha da pisləşə bilərdi və o bunu bilirdi.
Nəticədə Ağ Evin hazırkı rəhbəri ikinci müddətə yenidən seçilmək istəməmək qərarına gəlib və onun yerinə vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürüb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İnci
Sfera.az