3-cü devalvasiya gəlir: Dolların yaxın günlərdəki məzənnəsi açıqlandı – RƏQƏMLƏR

3-cü devalvasiya gəlir: Dolların yaxın günlərdəki məzənnəsi açıqlandı – RƏQƏMLƏR

Federal Ehtiyatlar Sisteminin son qərarı ilə dolların uçot dərəcəsinin 0.25 faiz qalxaraq 0.75 fazi olması dünya ölkələrinin milli valyutasına, o cümlədən də milli valyutamıza da təsirsiz ötüşməyib.

Artıq Azərbaycan 3-cü devalvasiyaya hazırlaşır. Bəzi ekspertlər il ərzində artıq 16 fazilik devalvasiyanın baş verməsi fonunda Mərkəzi Bankdan belə bir durumda hər hansı kəskin addım gözlənmir. Bununa belə FED-in verdiyi qərarla ölkədə növbəti bahalaşma gözlənilir. Növbəti psixoloji hədd olan 1.75 manat həddinin aşılması yaxın həftələrdə manatın daha sürətlə dəyərdən düşməsinə zəmin yaradır.  Bu isə o deməkdir ki, yaxın günlərdə dollar asan və sürətli şəkildə 1.80-1.90 manat ola biləcək. Manat yeni ucuzlaşma rekorduna doğru gedərək öncəki mövqeyini də itiəcək.

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, FED-in son qərarı manata kəskin təsir edəcək:"FED-in qərarından sonra ABŞ dolları bir daha dünya valyutasına qarşı mövqeyini möhkəmələndirdi. Bu, o deməkdir ki, ABŞ dolları mövqeyini tədricən artıra-artıra gedəcək. Şübhəsiz ki, bu qərarla milli valyutaya təzyiq artacaq. Amma hələlik FED-in qərarının milli valyutaya təsiri haqda danışmaq tezdir. Bu gün manatı sərbəst buraxsaq 2 manat həddini də ötəcək. Konkret əmsallar var ki, bura idxal-ixrac əmsalları nəzərə alınarsa, manat daha da ucuzlaşacaq”. 

İqtisadçı hesab edir ki, bu gün  Azərbaycan hökuməti Mərkəzi Bank vasitəsilə bütün alətlərdən istifadə etməklə kəskin ucuzlaşma prosesinin qarşısını almağa çalışır. Lakin hökumətin nə vaxtadək bu prosesi nəzarətə almağa gücü çatacaq? Bu maraqlıdır: "Şəffaf məlumatlar olmadığı üçün dəqiq proqnoz vermək çətindir. Hər an 3-cü devalvasiya baş verə bilər. Bir sıra göstəricilərin, o cümlədən də qeyri- neft sektorunun vəziyyəti, tədiyyə balansının real göstəriciləri nəzərə alınarsa demək olar ki, 1 dollar 2.50-dən 2.80 manatadək arta bilər”. 


OXŞAR XƏBƏRLƏR

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...