Türkiyəli nazir: "Ölkəyə giriş zamanı barmaq izinin alınması ilə bağlı layihə hazırlanır"
Dünya
10:40 / 14.08.2024
11967
Türkiyə ölkəyə giriş zamanı barmaq izinin alınmasını nəzərdə tutan layihə hazırlanır.
Sfera.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkənin daxili işlər naziri Əli Yerlikayaya istinadən məlumat yayıb.
“Nazir bildirib ki, Türkiyəyə daxil olarkən ABŞ və Böyük Britaniyada olduğu kimi, barmaq izi alınacaq”, - nəşr yazıb.
O qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusilə də suriyalıların şəxsiyyət vəsiqələrinə çip yerləşdiriləcək.
Nazirin sözlərinə görə, o tip şəxsiyyət vəsiqələrini saxtalaşdırmaq mümkün olmayacaq.