19 yaşlı oğlanı aldadaraq sinə böyütmə əməliyyatı etdirdilər - FOTOLAR
Çinin Wuhan şəhərindən olan 19 yaşlı Lu soyadlı gənci internetdə canlı yayım edərək gəlirlərini artırmaq naminə sinə böyütmə əməliyyatı etdiriblər.
Sfera.az bildirir ki, çinli oğlanın sinəsini böyütmək üçün onu aldadıblar.
Vəkil Hu Junjie bildirib ki, bu halda uşağın valideynləri prosedura razılıq verməli idilər. O, klinikadan əməliyyat üçün pulun qaytarılmasını, həmçinin təzminat ödəməsini tələb edir.
Uşağın anası bildirib ki, oğlu iyulun 28-də klinikaya işə düzəlmək üçün gələn zaman işçilərin məsləhəti ilə plastik əməliyyat etdirib.
Çinin WeChat messencerində gənc oğlanla tibb müəssisəsinin işçiləri arasında yayımlanan söhbətlər sübut edib ki, oğlana tam ştat və aylıq 3000 yuan (təxminən 700 Azn) maaş təklif edilən vakansiyaya müraciət edib.
Lu müsahibə zamanı kişilər üçün iş şərtləri barədə soruşduqda, klinika işçisi ona: "Əvvəlcə döş əməliyyatı etdirə və sonra işə başlaya bilərsən" - deyə cavab verib.
Bu cür prosedurların adətən qadınlar tərəfindən edildiyini deyən oğlan əməliyyat üçün pulunun olmadığını, lakin işçilər onu razı salaraq əməliyyat pulunu hissə-hissə ödəməyi təklif ediblər.
Sonda yeniyetmə əməliyyat xərclərini ödəmək üçün 37.000 yuan (təxminən 8700 Azn) kredit götürüb.
“Biz bunu eşidəndə tamamilə şoka düşdük. Oğlumun sinəsi üç ölçülüdür. O, sadəcə 19 yaşındadır” - deyə ana bildirib.
İmplantlar sonradan çıxarılsa da, qadının dediyinə görə, bu oğlunu yenidən yaralayıb. Ana həmçinin oğlunun intellektual inkişafı ilə bağlı problemləri olduğunu təsdiqləyən tibbi sənədlər paylaşıb. Bundan əlavə, o, depressiya, narahatlıq və yuxu pozğunluğundan əziyyət çəkir.
Hüquqşünas Hu Junjie qeyd edib ki, bu halda gəncin valideynləri belə prosedurlara razılıq verməlidirlər. O, klinikadan əməliyyat üçün pulun qaytarılmasını, həmçinin dəymiş ziyanın ödənilməsini tələb edir.
Aysel
Sfera.az