Toydan bir gün əvvəl gəlinin 54 yaşı olduğunu öyrəndi
Adı Yoshitaka olan bəy toyuna bir gün qalmış gəlinin əslində ondan çox böyük olduğunu öyrənib. Qadın bu mövzu haqqında heç vaxt danışmayıb. O, 29 yaşlı sevgilisini qorxutmaq istəmədiyi üçün susub. Sonradan məlum olub ki, gəlin həmin vaxt 54 yaşında olub.
Sfera.az bildirir ki, gəlin bunu Yapon cəmiyyətində mövcud olan stereotiplərə görə gizlətdiyini izah edib. Aki adlı gəlin toydan əvvəl bəydən 25 yaş böyük olduğunu etiraf edib.
Yoshitaka sevgilisinin bir az yaşlı olduğunu bilsə də, onun əsl yaşını belə təxmin etməyib.
Görüşdükdən və qısa söhbətdən dərhal sonra Yoshitaka və Aki bir çox ortaq cəhətlərin olduğunu başa düşüblər. Onların hər ikisi həm uğursuz evlilik yaşayıb, həm də təkbaşına uşaq böyüdürdülər.
Cütlük 7 il birlikdə olub, 2020-ci ilin əvvəlində toy ediblər.
Koronavirusun qızğın çağında Aki başa düşüb ki, həkimləri və xilasediciləri çaşdırmamaq üçün onun əsl yaşını deməlidir və ondan əsl yaşını etiraf edib.
İndi 40 yaşında olan bəy isə: "Mən sənin əsl yaşınla maraqlanmıram”- deyə bildirib.
Yapon cəmiyyətində də yaşlı qadınların gənc kişilərlə görüşü və ya evlənməsi ilə bağlı stereotiplər var.
"Yaşlı kişilər yoldaşlarının nə qədər gənc və gözəl olması ilə fəxrlə öyünə bilirlər, lakin ərlərindən yaşlı olan bir çox qadınlar bu barədə danışmaqdan utanırlar" - deyə hazırda 65 yaşlı Aki əlavə edir.
Cütlük toydan sonra işlərini atıb Yaponiyanı gəzməyə qərar veriblər. 25 yaş fərqi olan cütlüklər sərgüzəştlərini “A cüt” adlı YouTube kanalında sənədləşdirdilər. Cütlük artıq 11 ildir birlikdədir.
Aynil
Sfera.az