“Kabinetin işləməsini gözləyin, sonra…” - İran prezidentindən tənqidlərə REAKSİYA

“Kabinetin işləməsini gözləyin, sonra…” - İran prezidentindən tənqidlərə REAKSİYA

İranın yeni Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin tərkibi ilə bağlı tənqidlərə cavab verib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Pezeşkian parlamentə təqdim etdiyi siyahıdakı adlara görə islahatçı qanadın tənqidləri ilə üzləşib.


Tənqidlərə cavab olaraq Pezeşkiyan “X” sosial media hesabından paylaşdığı mesajda kabinet üzvlərinin seçilməsi ilə bağlı tənqidləri dəyərləndirdiyini ifadə edib.

 

Prezident cavabında qeyd edib ki, kabinet üzvlərini bir çox mütəxəssislə məsləhətləşərək müəyyənləşdiriblər.

 

O, tənqidçilərə bir qədər gözləməyi tövsiyə edib:

 

“Kabinetin işləməsini gözləyin və sonra fəaliyyətinə görə tənqid edin".

 

İran Prezidenti Pezeşkian kabinetinə daxil etmək istədiyi 19 şəxsin adını avqustun 11-də parlamentə göndərib. Keçən həftə Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin edilən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu siyahıya etiraz olaraq istefa verib. Zərifin istefa qərarının Pezeşkian tərəfindən qəbul edilib-edilmədiyi hələlik açıqlanmayıb. Parlamentə təqdim olunan kabinet siyahısındakı adlar üçün bir həftə ərzində deputatlar tərəfindən ayrıca etimad səsverməsi keçiriləcək.


Vasif


OXŞAR XƏBƏRLƏR