Fransada antisemitizm halları üç dəfə ARTDI

Fransada antisemitizm halları üç dəfə ARTDI

Fransanın daxili işlər naziri Jerald Darmanen il ərzində ölkədə antisemitizm hallarının üç dəfə artdığını bildirib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat yayıb.

 

"Ötən ilin payızından bəri antisemitizm aktlarının sayı üç dəfə artıb, bu ilin birinci yarısında isə belə halların sayı 887-yə çatıb", - məlumatda bildirilib.

 

2023-cü ilin birinci yarısında Fransada 304 antisemitizm aktı qeydə alınıb. Nazir hesab edir ki, Fransa “son dərəcə güclü antisemitizm dalğası” ilə üz-üzədir.


OXŞAR XƏBƏRLƏR