Rusiya XİN Türkiyə-Suriya normallaşmasını dəstəklədiyini BİLDİRDİ
Dünya
14:56 / 09.08.2024
4906
Rusiya tərəfi Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
Sfera.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva tərəfləri normallaşma prosesinə başlanılması üçün tədbirlər görməyə çağırır.
Bəyanatda həmçinin danışıqlar prosesinin irəliləməsinin, eləcə də hər iki ölkənin liderləri arasında görüşün təşkilinin vacibliyi vurğulanıb.