\"Sarı gəlin\" ilə hər kəsi özünə heyran etdi

\

TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində çıxış edən azərbaycanlı iştirakçı  Mehman Tağıyev hər kəsi özünə heyran edib. 
 
Sfera.az-ın "musavat.com”-a istinadən xəbərinə görə, həmyerlimiz "Sarı gəlin" xalq mahnısını ifa edib. O, performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər.
 
Qeyd edək ki, M. Tağıyev daha öncə "Azərbaycanın səsi" yarışmasında birinci olub.

 


OXŞAR XƏBƏRLƏR