Şamaxı qarın əsirinə çevrildi - Yollar buz bağlayıb - FOTO

Şamaxı qarın əsirinə çevrildi - Yollar buz bağlayıb - FOTO

Sfera.az ARB Şəki-yə istinadən xəbər verir ki, şəhərin bir neçə küçəsində avtomobillər çətinliklə hərəkət edib. Qar, əsasən, magistral yollara və rayonun bir neçə dağ kəndlərinə gedən yola ciddi təsir edib. Şamaxı-Ağsu dolaylarını buz bağlaması səbəbindən bəzi sürücülər yolda qalıb. Artıq iki gündür ki, Şamaxı-Pirqulu yolunda da qar səbəbindən hərəkət çətinləşib. Şamaxının Pirbəhli və Zaratxeybər kəndlərinə bir neçə saatlıq avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yol qardan təmizləndikdən sonra hərəkət yenidən bərpa edilib. Səhər saatlarından etibarən yollar əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə təmizlənib, qum-duz qarışığı tökülüb.

Avtomobillərin hərəkətini təmin etmək məqsədilə gecədən etibarən növbəli şəkildə yollar nəzarətdə saxlanılır. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir.


OXŞAR XƏBƏRLƏR

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...

Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, ...