Televiziya və radiolara lisenziya müddətsiz veriləcək

Televiziya və radiolara lisenziya müddətsiz veriləcək
Azərbaycanda lisenziya müddəti bitmiş teleradio yayımçılarına lisenziya sənədi müddətsiz veriləcək.
 

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

O bildirib ki, "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanının 5.1-ci bəndinə əsasən, bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilib.

Qeyd edək ki, bir müddət əvvəl teleradio yayımçılarına lisenziyaların verilməsi MTRŞ-nın səlahiyyətlərinə daxil edilməsi qaydası qüvvəyə minib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanında dəyişikliklər edilməsi haqda fərman imzalayıb.

Fərmana əsasən, edilmiş dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərini (Teleradio yayımı fəaliyyəti, ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) MTRŞ həyata keçirəcək.


OXŞAR XƏBƏRLƏR

Dünyanın “ən yaşlı körpəsi” 31 yaşında doğuldu - FOTO

ABŞ-nin Ohayo ştatında qeydə alınan doğuş tibb dünyasında maraqla qarşılanıb. 31 il əvvəl – 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələn Taddeus Dani...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə dənizi sahillərində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD...

İdmançımız AÇ-də 2 medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir.    Sfera.az xəbər verir ki, son yarış günü  atle...

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...