İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB - FOTO

İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB - FOTO

17:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun Azərbaycana səfərinin ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarını və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunun Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu dedi. Əfqanıstana həsr olunan NATO Sammitində iştirakına toxunan dövlətimizin başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan Prezidentinin iki dəfə ölkəmizə səfər etdiyini, onunla görüşlər keçirdiyini və ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu bildirdi.

ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd etdi. O, güclü əməkdaşlıq əlaqələrinə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək bunun təkcə öz ölkəsi üçün deyil, Əfqanıstana dəstək verən bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını dedi. General Darren MakDyun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasının komandanının Prezident İlham Əliyevə Azərbaycan hərbçilərinin Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin peşəkar xidmət göstərdiklərinə görə təşəkkürünü çatdırdı.

-----------

15:22

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...

Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, ...