İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb - RƏSMİ

İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb - RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. 

 

Sfera.az xəbər verir ki, məlumatda deyilir:

 

“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

 

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.

 

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

 

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


OXŞAR XƏBƏRLƏR

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...

Azad Şabanovdan möhtəşəm konsert - FOTOLAR

Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.   Sfera.az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas sə...