Prezident İlham Əliyev: "Azərbaycan Rusiya əlaqələri son dövrlərdə daha sürətlə inkişaf edir" - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev:

17:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirərək, bu prinsiplərin əlaqələrimizin müxtəlif istiqamətlərini, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika sahələrində sıx qarşılıqlı fəaliyyət ənənələri əsasında uğurla inkişaf etdiyini dedi. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktiv və uğurlu şəkildə müzakirə edildiyini vurğuladı. Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir. Dövlətimizin başçısı qeyd etdi ki, bu baxımdan Rusiya Federasiyasının Prezidentinin son üç ildə Azərbaycana üç dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirin müavini Dmitri Roqozin Hökumətlərarası Birgə İqtisadi Komissiya çərçivəsində mütəmadi iclasların keçirilməsinin önəmini qeyd etdi. Dmitri Roqozin bildirdi ki, bu komissiya iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlıqla yanaşı, həmin məsələlərin operativ şəkildə həll edilməsində bir orqana çevrilib. Rusiya Baş nazirinin müavini dedi ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------

16:12

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



OXŞAR XƏBƏRLƏR

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...

Arda Güler karyerasını Fransada davam etdirə bilər

Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər.   Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, ...

Bakıda 2 avtomobildən avtomat tapıldı

Bakıda iki avtomobildən avtomat silahları və patronlar aşkarlanıb.   Sfera.az xəbər verir ki, DİN tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın ...