Lider TV qərar verdi: Qalmaqallı verilişin yayımı dayandırıldı - VİDEO

Lider TV qərar verdi: Qalmaqallı verilişin yayımı dayandırıldı - VİDEO
Lider TV-də yayımlanan "Çıxış yolu" verilişinin yayımı dayandırılıb.
 
Bu haqda AZXEBER.COM-a kanalın direktor müavini Lamiyə Ələkbərqızı məlumat verib.
 
Onun dediyinə görə, kanal rəhbərliyi verilişinin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib: "Ötən gün efirimizdə yayımlanan "Çıxış yolu" verilişində baş verən hadisədən sonra istər mətbuatda, istərsə də sosial şəbəkələrdə haqlı narazılıqlar meydana çıxıb. Verilişə dəvət olunan qonaqların nalayiq ifadələr işlətməsi televiziyamızın adına da xələl gətirib. Canlı yayımlarda bu cür hadisələrin olması normal olsa da yenə də biz bunu yolverilməz hesab edirik. Ancaq onu da qeyd etmək lazımdır ki, bu ifadələr verilişin yaradıcı heyəti tərəfindən deyil, verilişə müraciət edən şikayətçilər tərəfindən səsləndirilib".
 
Lamiyyə Ələkbərqızı qeyd edib ki, bütün bunları nəzərə alan rəhbərlik verilişin dayandırılması ilə bağlı qərar qəbul edib:  "Lider” televiziyasının rəhbərliyi bütün bunları nəzərə alaraq "Çıxış yolu" verilişinin yayımını dayandırmaq qərarına gəldi".
 
Verilişin konkret olaraq nə vaxt yayıma qayıtması ilə bağlı isə hələlik heç bir qərar verilməyib.
 

OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...