Doğuş Türkiyə kanalında Xoşqədəmdən elə sözlər danışdı ki … - VİDEO

Doğuş Türkiyə kanalında Xoşqədəmdən elə sözlər danışdı ki …  - VİDEO

 

Türkiyənin "Star” telekanalında yayımlanan "Duymayan Kalmasın” verilişində Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı haqqında söylədiyi fikirlər aparıcıları təəccübləndirib.

Kanalın aparıcıları olan model Deniz Akkaya və müğənni Seren Serengil Doğuşa ailə həyatı və övladları barədə suallar veriblər. İlk verdikləri suala isə Doğuşun reaksiyası bir qədər fərqli olub və düzəliş edib.

Deniz Akkayanın sual belə olub: "Azərbaycanın Müge Anlısı olaraq anılan bir televiziya aparıcısı ilə həyatını birləşdirmisən. Mən belə eşitdim, doğrudurmu?” Doğuş isə ilk olaraq sualda səslənən fikrə aydınlıq gətirib: "İlk olaraq bir şeyi deyim. Müge Anlı müzakirə olunmayacaq bir insandır. Bizim canımız, bizim qürurumuzdur. Mənim həyat yoldaşım da Müge Anlı kimi səmimi və ciddidir. Ona görə də həftənin 5 günü və həftə sonu da olmaqla 6 gün veriliş aparır və Azərbaycanın reytinqində bir nömrədir, həmçinin də siyasi yazardır. Yəni boş bir qadın deyil”.

Deniz Akkaya isə Doğuşun dediklərinə qarşılıq olaraq "Doğuş, sənə halal olsun, nə qədər gözəl bir qadını ələ keçirmisən?! Mən iki ayağını yerə sərt və əminliklə basan qadınları xoşlayıram” deyib.

(A24.az)

 


OXŞAR XƏBƏRLƏR

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...

“Aprelin əvvəlində sənədlər hazırlansın”- Prezident göstəriş verdi

“Ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var....

Ayaq ağrıları şikayətilə getdiyi xəstəxanada yarım beyinli olduğunu öyrəndi

Fransada yaşayan 44 yaşlı kişi ayağındakı ağrı və zəiflik səbəbindən həkimə müraciət edib. Müayinələrdən sonra həkimlər ayaq ağrılarının nevroloji pozğunluqdan ...

Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyalarıə pensiyaların tam ödən...