Şagirdlərin elektron yerdəyişməsi prosesinə BAŞLANILIR

Şagirdlərin elektron yerdəyişməsi prosesinə BAŞLANILIR

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sfera.az-a bildirilib ki, avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

 

Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00 dan aktivləşdiriləcək.

 

Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR