Qazaxıstandan çağırış: Bu ölkələrə səfər etməyin!
Dünya
19:43 / 02.08.2024
5247
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına regionda vəziyyət sabitləşənə qədər İsrail və Livana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib.
Sfera.az xəbər verir ki, hazırda sözügedən ölkələrdəki qazax vətəndaşlara ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı olmaq, son xəbərləri izləmək, həmçinin Xarici İşlər Nazirliyi və Qazaxıstanın İsrail və Livandakı səfirlikləri ilə əlaqədə qalmaq tövsiyə edilib.