Türkiyə səfirinin müavini İsrail XİN-ə ÇAĞIRILDI
16:00 / 02.08.2024
2582
Fələstinin HƏMAS hərəkatı Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.
Sfera.az-ın məlumatına görə, bu barədə İsrael Katz “X” sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, türkiyəli diplomata səfirlik binası üzərindəki bayrağın endirilməsi ilə əlaqədar İsrail tərəfinin etirazı çatdırılıb.