Hakan Fidan Dohada HƏMAS-ın yeni lideri ilə GÖRÜŞDÜ
Dünya
12:17 / 02.08.2024
2915
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsmayıl Haniyənin ölümündən sonra Xalid Məşəli HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, - nazirliyin məlumatında bildirilib.