"Ukrayna 60 mindən çox əsgər itirib" -Rusiya MN

Siyasət
15:52 / 01.08.2024
12818
İyul ayında Ukrayna xüsusi hərbi əməliyyatlar bölgəsində 60 mindən çox hərbçisini itirib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən 5-dək Ukraynanın itkiləri bütün hərbi əməliyyatlarda 9 min 875 əsgərə çatıb. İyulun 6-dan 12-dək onların sayı 14 min 70-ə, iyulun 13-dən 19-dək isə 13 min 75-ə qədər olub. İyulun 20-dən 31-dək olan dövrdə bu rəqəm 23 min 610-a çatıb. Bu o deməkdir ki, iyulda Ukraynanın itkiləri 60 min 630 hərbçiyə çatıb.
"Düşmənin gündəlik itkiləri orta hesabla 2000 nəfərə yaxındır. Ən çox itkilər isə Rusiyanın Cənub və Qərb döyüş qruplarının məsuliyyət daşıdığı ərazilərdə baş verir", - məlumatda qeyd edilib.
Firuzə Əliyeva