Şimali Koreya yenidən nüvə danışıqlarına qayıdacaqmı? - "Tramp qalib gələrsə..."

Donald Tramp prezident seçilərsə, Şimali Koreya ABŞ ilə nüvə danışıqlarına yenidən başlamaq istəyir.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bunu həyat yoldaşı və uşağı ilə birlikdə Cənubi Koreyaya qaçmış Şimali Koreyanın Kubadakı səfiri vəzifəsində çalışan Ri İl Kyu deyib.
Ri, Pxenyan diplomatlarının nüvə danışıqlarına yenidən başlamaq ssenarisi üçün strategiya müəyyən etdiyini və hədəflərinin silah proqramlarına qarşı sanksiyaları ləğv etmək, ölkəni terroru dəstəkləyən dövlət statusundan çıxarmaq və iqtisadi yardım göstərmək olduğunu bildirib.
Şimali Koreyanın ABŞ ilə dialoq ehtimalını aradan qaldıran və silahlı qarşıdurma xəbərdarlığı edən son bəyanatlarından sonra bu addım hazırkı mövqeyindən geri çəkilmək üçün potensial siqnal kimi şərh edilir.
Firuzə Əliyeva