Manat avroya nisbətən bahalaşıb
09:17 / 16.12.2016
1179
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 15-i ilə müqayisədə 0,3% möhkəmlənərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8277 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil - 0,0284 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi 0,8% möhkəmlənərək 0,4983 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1765 manatdır. Beləliklə, funt sterlinq 0,7%-lik ucuzlaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,5% geriləyərək 0,6539 manat olub.