Aşağı fiziki fəaliyyət diabetdən ölüm riskini artırır


Aşağı fiziki fəaliyyət diabetdən ölüm riskini artırır

Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbinin alimləri müntəzəm idmanın diabetdən ölüm riskini azalda biləcəyini açıqlayıblar.


Sfera.az xəbər verir ki, bu barədə nəticələr "Diabetes Care"(DiaCare) saytında dərc olunub .


Tədqiqatçılar diabet diaqnozu qoyulmuş iyirmi yaşdan yuxarı insanların sağlamlığı və həyat tərzi haqqında məlumatları təhlil ediblər. Respondentlərin yarısı bu xəstəlikdən beş il və ya daha az müddət ərzində, 34 faizi isə 10 ildən çox müddət ərzində əziyyət çəkib. İştirakçılar növbəti bir neçə il ərzində monitorinq edilib. Onlar mütəmadi olaraq alimlərə fiziki aktivlik səviyyələri və məşq cədvəlində dəyişikliklər barədə məlumat veriblər.


Müşahidə mərhələsində alimlər ölənlərin sayını qeyd ediblər. Məlum olub ki, həftədə 10 dəqiqədən az idman edən insanlar müxtəlif səbəblərdən (o cümlədən şəkərli diabetin ağırlaşmaları) vaxtından əvvəl ölüm riskinin ən yüksək səviyyəsinə malikdirlər.


Alimlərin fikrincə, səhiyyə işçiləri uzun müddət oturaq işlə məşğul olan insanların fiziki aktivliyə həvəsləndirilməsinə xüsusi diqqət yetirməlidirlər. Bunlara sürücülər və ofis işçiləri daxildir.

 

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...