Trampın qardaşı oğlu seçkidə Harrisə səs verməyi planlaşdırır


Trampın qardaşı oğlu seçkidə Harrisə səs verməyi planlaşdırır

ABŞ prezidentliyinə namizəd Donald Trampın qardaşı oğlu Fred Tramp prezident seçkilərində Kamala Harrisə səs verəcəyini bildirib.


Sfera.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.


Üstəlik, o, əmisi seçkidə qalib gəlsə, dəvət olunarsa, andiçmə mərasimində iştirak etmək istədiyini də deyib.


Telekanala müsahibə verən Fred Tramp qohumunu “nüvə dəlisi” adlandırıb və qeyd edib ki, onilliklər əvvəl onun üçün irqi söyüşlərdən istifadə etmək adi hal olub. Bununla belə, o, şəxsən Donald Trampın irqçi olduğuna inanmadığını etiraf edib.


Qeyd edək ki, Fred Tramp Donald Trampın böyük qardaşının oğludur.


Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. ABŞ-nin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.


Ehtimal edilirdi ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.



İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....