Prezident Ziya Məmmədovun general qudası ilə bağlı sərəncam verdi

Prezident Ziya Məmmədovun general qudası ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev sərəncam imzalayıb. Criminal.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynovu "Şöhrət” ordeni ilə təltif edib. Əliağa Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olub.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirib. 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə general-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "b” bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli Sərəncamı ilə Əliağa Hüseynov dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2015-ci ildə yenidən deputat seçilib. 

Sfera.az xatırladır ki, Ə.Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. 


 

OXŞAR XƏBƏRLƏR

Maskın “dəliliyi” narkotik istifadəsi ilə bağlı ola bilər - Tramp

ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın narkotikin təsiri altında olarkən onunla münaqişəyə girmək qərarına gəldiyini iddia edib.   ...

Ata həbs olunursa, aliment borcu silinir? – İZAH

Xəbər verdiyimiz kimi, Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həy...

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yenilik – RƏSMİ

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəy...

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ail...

Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlü...

Sumqayıtda avtoqəza olub, azyaşlı ölüb - FOTO

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qə...