Ben Afflek boşanma şayiələri arasında yeni ev alıb - FOTOLAR


Ben Afflek boşanma şayiələri arasında yeni ev alıb - FOTOLAR

Afflek Ali’s Ancelesdə 20,5 milyon dollara mülk sahibi olub.


Sfera.az bildirir ki, cütlük artıq birgə mülklərini 60 milyon dollardan çox qiymətə satışa çıxarıb. Bununla da ulduzlar ayrılıq haqqında şayiələri daha da artırıblar.


Bir mərtəbəli kottecdə 5 yataq otağı, 6 vanna otağı, səhər yeməyi yerləri, yemək sahələri, ofis, ayrıca ailə otağı, bir neçə şkaf, media otağı, boudoir, həmçinin
kiçik qonaq evi var.
 

Bundan əvvəl JLo və Ben Afflek sakitcə Beverly Hillsdəki ortaq evlərini satmağa çalışırdılar, lakin bu günə qədər 60 milyon dollardan çox qiymət qoyulan malikanəyə alıcı tapılmayıb.


Ben Afflekin yeni evi elit “Pacific Palisades” bölgəsində yerləşir və qonşuları Bredli Kuper, Adam Sandler və Entoni Hopkinsdir.

 

Cennifer Lopezin iki dəfədən çox pulu olmasına baxmayaraq, boşandıqdan sonra Afflekin vəsaitinin bir hissəsini almaq istəyir. Bildiyiniz kimi, aktyorun hesabında 150 milyon dollar, müğənninin isə 400 milyon dolları var. Cennifer Bendən maksimum fayda əldə etmək niyyətindən əl çəkmir. Münasibətləri zamanı isə, demək olar ki, bütün xərcləri öz üzərinə götürmüşdü.


"Çox az məlum olan faktlardan biri odur ki, Cennifer onların evlilik xərclərinin çoxunu ödəyib. İndi də Benin ona borclu olduğunu hiss edir. Özünə ödədiyi şəxsi təyyarələrin, otellərin və yeməklərin, paltarların, qəhvənin hesabını əlavə edir" - deyə mənbə bildirir.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...